Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması büdcə qanunvericiliyinə uyğun olaraq öz xüsusiyyətləri ilə seçilir. Ölkəmizin iqtisadi inkişafı ilə beynəlxalq aləmə inteqrasiyasına müvafiq olaraq mütəmadi şəkildə yeniliklərin tətbiq olunduğu bu istiqamət, büdcə təşkilatlarında çalışan mühasibat və maliyyə işçiləri üçün müasir tələblərə  cavab verəcək şəkildə hazırlanmış tədris-treninq proqramları əsasında kursların keçirilməsini labüd edir. Məhz Maliyyə Tədris Mərkəzi də bu məqamda büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işçilərinin mövcud biliklərinin artırılması və ixtisasların təkmilləşdirilməsi istiqamətində müvafiq materialların toplanması və təlimlərin təşkili istiqamətində öz işlərini dinamik şəkildə davam etdirir.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası