Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Elçin Əliyev sığortanın müasir cəmiyyət həyatındakı rolundan və dövlət maliyyə siyasətinin həyata keçirilməsindəki əhəmiyyətindən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın sürətlənməsi ilə sığortaya olan maraq artmaqdadır. Çünki insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün zəruri tədbirlər görülsə də, qaçınılması mümkün olmayan hadisələr baş verə, insanlara hər hansı bir formada zərərlər dəyə bilər.





  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası