Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli 440 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqilliyini elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir. Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail olmuşdur. Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Ulu öndər sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmişdir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası