Saat 17.00-da bütün Azərbaycan Respublikasının ərazisində olduğu kimi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunub. Sükütdan sonra Nazirliyin Aparat rəhbəri Tural Şirəlizadə çıxış edərək bildirib ki, ən qəddar, dəhşətli, kütləvi terror aktlarından biri hesab olunan Xocalı faciəsi zamanı erməni silahlı birləşmələri və 366-cı motoatıcı alayın şəxsi heyəti tərəfindən 613 nəfərin xüsusi amansızlıqla qətlə yetirilməsi xalqımızın qan yaddaşında əbədi qalacaq. Qeyd edib ki, mülki insanların, qocaların, qadınların, xəstələrin, uşaqların, bütöv ailələrin dəhşətli işgəncələrlə məhv edilməsi mənfur erməni xislətinin nəticəsi, bütövlükdə Azərbaycana qarşı yönəlmiş düşmənçilik və terror aktıdır. Tədbirdə fevralın 25-dən 26-na keçən gecə aparılan qanlı döyüşlərdən, bütöv bir şəhərin yerlə-yeksan edilməsindən, xocalıların insanlığa sığmayan vəhşiliklərlə kütləvi şəkildə qırğına məruz qaldıqlarından danışılıb.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini uğurla davam etdirir. Fevral ayının 26-da başlanan növbəti təlimlərə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında çalışan maliyyə və mühasibatlıq üzrə 24 mütəxəssis cəlb olunub. “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası