Naxçıvanın İnkişafı və Müdafiə Fonduna köçürülən vəsaitlər
 
 

 
 
XƏBƏR BLOKU



 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim 29 mart tarixində keçirilmişdir. Bu təlimə muxtar respublikanın mədəniyyət sahəsində çalışan 15 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.


“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
 
F Ə R M A N I
 
Sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinami­kasının qorunub saxlanmasını təmin etmişdir. İqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məh­sulun həcmi birinci proqramın qəbul edildiyi  2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olmuşdur. Ümumi daxili məhsulda maddi istehsal sektorunun xüsusi çəkisinin 60 faizə yaxın olması isə sabit iqtisadi artımın daha bir göstəricisidir.
Aparılmış təhlillər və formalaşmış əlverişli iqti­sadi mühit muxtar respublikada mövcud olan bütün resurslardan səmərəli istifadənin təşkili, investisiya qoyuluşlarının artırılması, sosial infrastruktur təmina­tının gücləndirilməsi, yeni istehsal və xidmət sahələ­rinin, iş yerlərinin yaradılması, əhalinin məşğulluq sə­viy­yəsinin daha da yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair  4-cü Dövlət Proqramının qəbul olunması zərurətini yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının Konstitu­siya­sının 5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, muxtar respublikada növbəti mərhə­lədə iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq­ramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrası üçün zəruri tədbirlər görsün.
3. Naxçıvan Muxtar Respublikasının İqtisa­diyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələn­dirsin və ic­rası barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublika­sının Ali Məclisinə məlumat versin.

  Naxçıvan Muxtar Respublikası
         Ali Məclisinin Sədri                                                      VASİF  TALIBOV
 
 
Naxçıvan şəhəri, 29 mart 2019-cu il
№ 162-V FR