Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən tələbələr üçün“Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlim təşkil edilib. 21 may 2019-cu il tarixdə start götürən təlim Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələrini əhatə edib. Təlim dörd gün, 12 tədris saatı müddətində keçirilib və müvafiq ixtisaslardan 18 tələbə cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəsisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27 də imzaladığı Sərəncamın icrası ilə bağlı 24 may 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasının I və II kurs tələbələri ilə görüşü keçirilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası