25-27 sentyabr 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı 3 günlük  təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarından 20 mühasibat işçisi dəvət olunub. 
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 sentyabr 2019-cu il tarixində Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və III kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III  kurs tələbələri ilə görüşü keçirilib.

Bu il ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı, bütün növ pensiyalar və dövlət strukturlarında çalışan işçilərin vəzifə maaşları artırılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmışdır.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası