Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara məxsus ödəniş terminalları vasitəsilə vəsaitlərin ödənilməsi imkanı yaradılıb. Ölkə ərazisinin böyük əksəriyyətində quraşdırılan müvafiq terminallardan istifadə etməklə artıq vətəndaşlar asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə biləcəklər.
Xəbər verdiyimiz kimi, Fonda ödəniş edilməsi üçün terminalın əsas səhifəsindən “Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondu”u seçilir, sonra ödəyən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN-kodu müvafiq bölməyə daxil edilir və “irəli” sıxılır, növbəti ekranda mobil telefon nömrəsi daxil edilir və təkrar “irəli” sıxılır, açılan yeni ekranda ödənilməsi nəzərdə tutulan pulun daxil edilməsi gözlənilir, ödənilməsi nəzərdə tutulan vəsait terminalın pul qəbul bölməsinə yerləşdirilir, ekranda daxil edilən məbləğin görülməsindən əmin olduqdan sonra “ödə” sıxılır. Ödənişin qəbul olunmasına dair çap olunan çekdə, aidiyyəti bütün məlumatlar öz əksini tapır. Beləliklə şəxsin pasport məlumatlarına uyğun ödəniş həyata keçirilmiş olur.
Nəzərinizə çatdırırıq ki, xidmətin istifadəyə verilməsində əsas məqsəd vəsait ödənilməsi aksiyasına könüllü qoşulmaq istəyən ölkə vətəndaşlarının buna asan nail olmasıdır.

Martın 26-da Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı  https://covid19fundnmr.az  fəaliyyətə başlayıb.
Saytın yaradılmasında əsas məqsəd muxtar respublikada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərlə bağlı ictimaiyyətin operativ məlumatlandırılmasıdır.
Saytda ianələr barədə məlumatlar mütəmadi olaraq yenilənir. Həmçinin ödəniş edən  hüquqi və fiziki şəxslərin adları, eyni zamanda vəsaitlərin ümumi həcmi ictimaiyyətə təqdim olunur.
Fondun saytında “İanə et” bölməsinin yaxın günlərdə aktivləşdirilməsi ilə onlayn ödənişlərin qəbul edilməsi də təmin ediləcəkdir. Bununla istənilən ünvandan könüllülərin ödəniş aksiyasına qoşulmasına şərait yaradılacaq.
Sayt Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası