Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” adlı növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikanın mədəniyyət sahəsində fəaliyyət göstərən 18 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.


13 oktyabr 2022-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində növbəti hamiliklə bağlı tədbir keçirilib. Tədbiri fakültənin dekanı dosent Əşrəf Ələkbərov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında" 25 iyun 2021-ci il tarixli 114-06/S nömrəli Sərəncamının icrası ilə bağlı fakültəmizdə mütəmadi olaraq işlər həyata keçirilir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası