» » Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
 
 

Ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2019-cu ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında qarşıya qoyulan vəzifələr barədə keçirilən kollegiya iclasını Baş Nazirin müavini - Maliyyə naziri Səbuhi Məmmədov açaraq geniş məruzə edib. Bildirilib ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsi, muxtar respublikada müasir infra­strukturun qurulması, yeni yolların inşası, içməli su və kanalizasiya sistemlərinin yaradılması məqsədilə etibarlı maliyyəşmənin təmin edilməsinə nail olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2019-cu ildə gəlirləri 83 milyon 340 min manat təyinata qarşı 96 milyon 24 min 248 manat və ya 115,2 faiz icra edilməklə büdcəyə 12 milyon 684 min 248 manat çox vəsait daxil olub. Bəhs olunan dövrdə büdcə xərclərinin 76,4 faizi cari, 23,6 faizi isə əsaslı xərclərə ­yönəldilib.
Səbuhi Məmmədov bildirib ki, 2019-cu il dekabr ayının 21-də keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib. Büdcə tərtib olunarkən muxtar respublikanın inkişaf prioritetləri, sosial-iqtisadi siyasət hədəfləri, mühüm dövlət proqramlarının və infrastruktur layihələrinin icrasına etibarlı maliyyə mühitinin təmin olunması diqqətdə saxlanılıb.
Nazirliyin aparat rəhbəri Tural Şirəlizadə çıxışında “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 2020-ci il üçün iş planı”nın layihəsi barədə danışıb. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 dekabr tarixli Fərmanında nazirliyə verilmiş tapşırıqların icrası üçün müvafiq tədbirlər planı tərtib olunub.
Sonra müzakirələr olub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası