3 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Maliyyə vəziyyəti haqqında  hesabat" adlı videotəlim keçirilmişdir. Videotəlimdə  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları da iştirak etmişdir. 

Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılıqı ilə 6 ölkədən iştirakçıların qatıldığı “XXI əsrdə beynəlxalq iqtisadi münasibətlərin prioritet istiqamətləri” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd beynəlxalq iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələrinin kompleks şəkildə təhlil edilib araşdırılmasıdır.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi maliyyənin idarə edilməsi ” adlı onlayn təlim keçirilib. Təlimə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tələbələri  cəlb edilib. Təlimin məqsədi şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsindən ibarətdır.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov tədbiri giriş sözü ilə açaraq tikinti-quraşdırma işlərinin dəyərinin hesablanmasına Elektron Nəzarət Portalının Maliyyə Nazirliyi tərəfindən hazırlanıb istifadəyə verildiyini vurğulayıb. Qeyd edilib ki, Portalın yaradılmasında məqsəd muxtar respublikada həyata keçirilən tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsindən ibarətdir.  

Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Videotəlimdə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 14 nəfər maliyyə-mühasibat mütəxəssisi iştirak edib. Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.

2019-cu ilin sonlarından başlayaraq dünyada yayılmağa başlayan və 2020-ci ildə ölkəmizdə də aşkarlanan koronavirus pandemiyasına qarşı ölkə miqyasında olduğu kimi muxtar respublikada da kompleks qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. 
Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə dövlət müəssisələrində, ticarət, turizm və ictimai iaşə sahələrində xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir.

1 ... 17 18 19 20 21 22 23 24 25 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası