Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır.
 Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi uşaq xəstəxanasının yaradılmasını zəruri etmişdir.
 Yuxarıda göstərilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
 1. Publik hüquqi şəxs statuslu Ordubad Rayon Uşaq Xəstəxanası yaradılsın.
 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
 2.1. bu Sərəncamla yaradılan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
 2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
 3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 7 yanvar 2020-ci il

Ölkənin inkişafına dair əsas göstəricilərdən biri regionların - yerli şəhər və rayonların mərkəzdən, başqa sözlə desəm, dövlət büdcəsindən nə dərəcədə asılı olması məsələsidir. 
Doğrudur, dövlətin əsas maliyyə sənədi olan dövlət büdcəsinə dair müzakirələr çoxdan arxada qaldığından və Yeni ilə - 2020-ci ilə qədəm qoyduğumuz bir vaxtda bu məsələyə toxunmaq əhəmiyyətsiz görünə bilər. Ancaq belə deyil. Yerli rayon və şəhərlərin mərkəzdən asılılığının azaldılmasına bütün il boyu diqqət yetirmək lazımdır. Və bu həmişə aktual məsələdir.

Ali təhsil ocağında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə nəşr etdirdiyi “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova, Mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və müstəqil ekspert Rauf Qarayevin birgə fəaliyyəti ilə ərsəyə gələn kitabın təqdimatında universitetin rektoru Elbrus İsayev çıxış edib, kitabın elmi, təcrübi əhəmiyyətini qeyd edib. Rektor bu dərs vəsaitinin universitetdə bu ixtisas üzrə seçmə fənn kimi tədris edilməsini tövsiyyə edib, tələbələrin peşə hazırlığında kitabın mühüm əhəmiyyə malik olduğu diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alıram:
 1. 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilsin.
 -Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına;
 -Naxçıvan Muxtar Respublika Xəstəxanasına;
 -Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına;
 -Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə;
 -Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilsin və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılsın.
 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.
 3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

VASİF TALIBOV 
Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri  
Naxçıvan şəhəri, 26 dekabr 2019-cu il

Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsinin təhlili və Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müqayisəli göstəricilər
  • Ümumi məlumat
Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin layihəsində mərkəzləşdirilmiş gəlirlər 74 milyon 297 min manat, yerli gəlirlər 38 milyon 903 min manat, buna müvafiq mərkəzləşdirilmiş xərclər 440 milyon 637 min manat, yerli xərclər 41 milyon 453 min manat proqnozlaşdırılır. Respublika büdcəsindən ayrılması nəzərdə tutulan dotasiyanın məbləği isə 368 milyon 890 min manatdır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Babək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Babək rayonunda icbari tibbi sığorta tətbiq edilsin.
2. Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətini təmin etsin;
3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən   50 faiz artırılmasını təmin etsin.
4. Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Babək Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.
5. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

VASİF TALIBOV 
Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri  
Naxçıvan şəhəri, 24 dekabr 2019-cu il

24 dekabr 2019-cu il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Avropa İttifaqı və BMT İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişafı üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində maliyyə savadlılığı üzrə  “Gələcəyini planlaşdır” adlı təlimçilər üçün təlimə start verilib.

1 ... 22 23 24 25 26 27 28 29 30 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası