Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib. Oktyabrın 10-da start verilən təlimə Maliyyə Nazirliyinin tabeliyində olan qurumlarda çalışan 14 dövlət qulluqçusu cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.

25-27 sentyabr 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı 3 günlük  təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarından 20 mühasibat işçisi dəvət olunub. 
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 26 sentyabr 2019-cu il tarixində Naxçıvan Universitetinin “Maliyyə” ixtisası üzrə təhsil alan I və III kurs, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan I və III  kurs tələbələri ilə görüşü keçirilib.

Bu il ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum əməkhaqqı, bütün növ pensiyalar və dövlət strukturlarında çalışan işçilərin vəzifə maaşları artırılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar imzalanmışdır.

19 sentyabr 2019-cu il tarixində start verilən təlimə Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Təlimin ilk günü “Dövlət qulluğunda etika” adlı mövzuya uyğun olaraq etik qaydalarla bağlı qanunvericilik, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar, etik davranış qaydalarına dair müzakirələr aparılması məqsədilə qruplarla iş aparılıb və təlimin keyfiyyətinin qiymətləndirilməsi üçün anonim sorğu keçirilib.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1 «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Baş Nazirin müavini - Maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.

1 ... 25 26 27 28 29 30 31 32 33 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası