Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kursa ilk dəfə olaraq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə çalışan mühasibləri dəvət edib. 4-7 dekabr 2018-ci il tarixlərində təşkil olunmuş kursa Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 4 sahə inzibati ərazi dairəsi və 4 inzibati ərazi dairəsi üzrə, Babək Rayon İcra Hakimiyyətinin 7 inzibati ərazi dairəsi üzrə və Culfa Rayon İcra Hakimiyyətinin 7 inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən 22 nəfər mühasibat işçisi cəlb olunmuşdur. Dörd gün davam edən kursda “icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında maliyyə-mühasibat işinin aparılması”, “xəzinə əməliyyatlarının təşkili və uçot”, “vergi uçotunun təşkili”, “büdcə təşkilatlarında mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması”, “müvafiq sahədə maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət” kimi mövzular iştirakçılarının diqqətinə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılıb.

S.H.Məmmədovun Naxçıvan Muxtar Respublikası
Baş nazirinin müavini – maliyyə naziri təyin edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
Fərmanı

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri təyin edilsin.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                 Vasif TALIBOV
Naxçıvan şəhəri, 30 noyabr 2018-ci il


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı 29 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin I kurs Mühasibat uçotu və audit ixtisasının tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının 27 noyabr 2018-ci il tarixdə Naxçıvan Universitetinin “Maliyyə” və “Mühasibat uçotu və audit”  ixtisasının I və II kurs tələbələri ilə “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini uğurla davam etdirir.
Noyabrın 27-də başlanan növbəti təlimlərə səhiyyə sahəsində çalışan maliyyə və mühasibatlıq üzrə 20 mütəxəssis cəlb olunub. “Büdcə təşkilatlarında praktik mühasibatlıq” adlı kurs 5 moduldan ibarət olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə və Vergilər nazirliklərinin, eləcə də Naxçıvan Muxtar Respublika Prokurorluğunun ekspertlərinin təqdimatları üzrə mərkəzin tədris zalında keçirilir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində 27-30 noyabr 2018-ci il tarixlərində səhiyyə sahəsində çalışan mühasiblər üçün növbəti “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” adlı  təkmilləşdirici kurs keçiriləcəkdir.

1 ... 35 36 37 38 39 40 41 42 43 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası