11 oktyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 25 iyun 2021-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının  Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.

      
      29  sentyabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin ”Mühasibat uçotu və audit” ixtisası və Naxçıvan Dövlət Texniki Kollecinin “Mühasibat uçotu” ixtisasları üzrə təhsil alan tələbələri ilə görüşü keçirilib.


   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları 28 sentyabr 2022-ci il tarixində “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin “Maliyyə” və “Mühasibat” ixtisasında təhsil alan tələbələri ilə görüşü keçirilib.

   
    
       27-28 sentyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində iki günlük təlim keçirilib. “Düzəliş qeydləri və müvəqqəti hesabların bağlanması” adlı təlimə muxtar respublikanın hüquq-mühafizə orqanlarında çalışan 22 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.


14-15 sentyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “İkili qeyd və onun maliyyə hesabatları ilə qarşılıqlı əlaqəsi” adlı iki günlük təlim keçirilib.Təlimə muxtar respublikanın səhiyyə sahəsində fəaliyyət göstərən  20 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

       
     
      Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, kommunal təyinatlı müəssisələrdə çalışan işçilərin müvafiq geyim dəstləri və avadanlıqlarla təmin olunması üçün maliyyə vəsaitinin ayrılması həyata keçirilməlidir.


     Bu günlərdə London şəhərində Avropanın və MDB-nin dövlət qurumlarının, beynəlxalq peşəkar mühasib təşkilatlarının, aparıcı şirkətlərin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib.
     Tədbirin keçirilməsində məqsəd maliyyə hesabatlarının beynəlxalq standartlarına edilən dəyişikliklərin müzakirəsi, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsindən ibarət olub.
     Hər ölkədən məhdud sayda nümayəndələrin təmsil olunduğu tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, Azərişıq ASC-nin və Azərbaycan Proffessional Maliyyə Menecerləri Assosiasiyasının əməkdaşları iştirak ediblər.

1 2 3 4 5 6 7 8 9 10 ... 46
 
Əvvəlki yazılar        Növbəti yazılar

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası