Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə
208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, №
6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6,
maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, №
4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, №
11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6,
maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7,
maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5,
maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə
380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və
1568-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6-1-ci
maddədə «1 mart tarixindən 160 manat» sözləri «1 oktyabr tarixindən 200 manat» sözləri ilə əvəz edilsin;
1.2. 29.1-ci maddədə «və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı» sözləri çıxarılsın;
1.3. aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:
«29.1-1.
Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan
pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik
səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına
əsasən indeksləşdirilir.».
Maddə 2 Bu Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
İlham ƏLİYEV
Bakı şəhəri, 12 iyul 2019-cu il
№ 1650-VQD
№ 1650-VQD