» » Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
 
 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə
 elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət
 növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar 
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 
103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

 “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 avqust tarixli 355 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il  8 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:
           
5-1.  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
5-1.1.
 Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu
5-1.2.
 Kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə  hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qəbulu
5-1.3.
 Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və  nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının qəbulu
5-1.4.
 Qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət  məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən  statistik hesabatların qəbulu
                                                         
 Naxçıvan Muxtar Respublikasının
                 Baş naziri:                                                             Ə.Baxşıyev 

 
 
 
«5» sentyabr 2018-ci il
№ 146

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası