» » “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında
 
 

“Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında

 “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar
 respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı
işinin tənzimlənməsi haqqında
           
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
 
S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin  II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər  məsələləri həll etsin.
           
 
Naxçıvan Muxtar Respublikası
         Ali Məclisinin Sədri                                          VASİF  TALIBOV
 
 
Naxçıvan şəhəri,  19  aprel 2019-cu il
№ 343-05/S

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası