» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin yaradılması barədə
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin yaradılması barədə

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin

Dövlət Maliyyə Nəzarəti İdarəsinin yaradılması barədə

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

 

S Ə R Ə N C A M I

 

Naxçıvan Muxtar Respublikasında maliyyə nəzarətini və tənzimlənməsini təkmilləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

          Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 09 iyun 2018-ci il

№ 258-05/S



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası