» » Tələbələrlə görüş keçirilib
 
 

Tələbələrlə görüş keçirilib

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş keçirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsilli müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə haqqında məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova tələbələrə ideyanın real layihələrə çevirilməsi, innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində geniş məlumat verib, müxtəlif modellərlə layihələrin təhlil edilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsi barəsində danışıb.
Maliyyə Nazirliyinin əməkdaşları Məmmədnağı Əkbərov və Qənbər Xudiyev mövzu ətrafında çıxış edərək tələbələri maraqlandıran sualları cavablandırıblar. Qeyd olunub ki, innovasiya yönümlü iqtisadiyyatın muxtar respublikada inkişafı üçün gənclərin potensialından səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir.
Yeni ideya ilə çıxış edən tələbələrlə birgə işin davamlılığını və operativliyini təmin etmək üçün Maliyyə Tədris Mərkəzinin internet saytında qeydiyyat bölməsi yaradılıb. https://startap.maliyyenmr.az/
Görüşün sonunda “Mühasibat uçotu” və “İqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələrdən ibarət 15 nəfərlik qrup təşkil edilib. Qrup üzvləri ilə mütəmadi maarifləndirici tədbirlərin keçiriləcəyi, yeni ideyaların hazırlanması və təqdim olunmasında, eyni zamanda həmin ideyaların reallaşdırılmasında dəstək göstəriləcəyi bildirilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası