» » Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşüb
 
 

Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüşüb


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəsisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27 də imzaladığı Sərəncamın icrası ilə bağlı 20 may 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin II kurs “Mühasibat uçotu” ixtisasının tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinın sektor müdiri Nizaməddin Bağırovun “Qiymətli metalların və qiymətli daşların əyarlarının müəyyənləşdirilməsi qaydaları” mövzusunda geniş çıxışı dinlənilib.
Bildirilib ki, Naxçıvan  Muxtar  Respublikasında istehsal olunmuş, habelə Naxçıvan  Muxtar  Respublika ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən həyata keçirilir.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası