» » “Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib
 
 

“Naxçıvan” Universitetinin tələbələri ilə görüş keçirilib


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəsisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27 də imzaladığı Sərəncamın icrası ilə bağlı 22 may 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin “Mühasibat uçotu və audit” və Maliyyə ixtisaslarının tələbələri ilə görüşü keçirilib.
Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsinin sektor müdiri Nizaməddin Bağırovun “Qiymətli metalların və qiymətli daşların əyarlarının müəyyənləşdirilməsi qaydaları” mövzusunda çıxışı dinlənilib.
Bildirilib ki, Naxçıvan  Muxtar  Respublikasında istehsal olunmuş, habelə Naxçıvan  Muxtar  Respublika ərazisinə xaricdən satış məqsədi ilə gətirilmiş qiymətli metallardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi tərəfindən həyata keçirilir.
Həmçinin qeyd olunub ki, qiymətli metallardan və onların əlvan metallarla ərintilərindən bədii təsvir üsullarını, qiymətli, yarımqiymətli bəzək daşlarını, təbii və süni mənşəli materialları tətbiq etməklə hazırlanmış zərgərlik, məişət məmulatları, əşyaları dövlət əyar damğası ilə damğalanmalıdır.
Sonda tələbələrin sualları cavablandırılıb.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası