» » Tələbələrlə növbəti görüş keçirilib
 
 

Tələbələrlə növbəti görüş keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində hamiliyə verilmiş ixtisaslarda təhsil alan Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib.
Görüşdə Maliyyə Nazirliyinin Aparatının rəhbəri Tural Şirəlizadənin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın çıxışları olub. Çıxışlar zamanı tələbələrlə keçirilən görüşlərin müntəzəm olacağının, yeni layihələrin qarşılıqlı fikir mübadiləsi aparılmaqla üzə çıxarılması və bu layihələrin gerçəkləşdirilməsində tələbələrə daim dəstək göstəriləcəyi bildirilib.
Hamiliyə verilmiş ixtisasların tələbələri ilə “İdeyadan başlanğıca” devizi altında keçirilən sayca 2-ci görüşdə irəli sürülən ideyalarla bağlı geniş müzakirələr aparılıb və növbəti görüş üçün onlara müvafiq tövsiyələr verilib.
Sonra slaydlar vasitəsilə startap layihələrin hazırlanma və dəyərləndirmə metodları, muxtar respublikada həyata keçirilən uğurlu startap layihələri barədə məlumat verilib. Tələbələr innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumatlandırılıb.
Tələbələrin ideya, layihə və ya təkliflərinə müvafiq dəstək göstərilməsi üçün Nazirliyin rəsmi internet saytında “Startap layihələrinin qəbulu üçün müraciət” bölməsi yaradılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası