» » “Ofis proqramları” adlı təlimə yekun vurulmuşdur
 
 

“Ofis proqramları” adlı təlimə yekun vurulmuşdur


11 iyun 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinin əməkdaşları üçün “Ofis proqramları” adlı təlim keçirilib. 3 gün davam edən təlimə 13 iyunda yekun vurulmuşdur.
3 modul və 9 saatdan ibarət olan təlimə 16 əməkdaş cəlb olunub.
Təlimin əsas məqsədi əməkdaşların kompüter biliklərinin artırılması, “Windows 7” əməliyyat sistemi haqqında ümumi məlumatın, İnternet mövzularının və Microsoft Office paketinə daxil olan bir sıra proqramların təfərrüatlı öyrənilməsidir.
Gündəliyə uyğun olaraq təlimin ilk günündə Mərkəzin direktoru Sevinc Cabbarova əməkdaşlara Maliyyə Tədris Mərkəzi və kurs haqqında məlumat vermiş və  ilk  hissə “Windows 7” əməliyyat sistemi haqqında Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin baş məsləhətçisi Vüsal Məmmədovun çıxışı ilə davam edib. Növbəti günlərdə “Word”, “Excel” və “PowerPoint” proqramları haqqında dinləyicilərə əyani şəkildə geniş məlumat verilmişdir.
Təlimin son günündə, ikinci hissədə keçirilən test mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası