» » Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib
 
 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib


19 sentyabr 2019-cu il tarixində start verilən təlimə Maliyyə Nazirliyinin dövlət qulluqçusu olan 24 əməkdaşı cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Təlimin ilk günü “Dövlət qulluğunda etika” adlı mövzuya uyğun olaraq etik qaydalarla bağlı qanunvericilik, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar, etik davranış qaydalarına dair müzakirələr aparılması məqsədilə qruplarla iş aparılıb və təlimin keyfiyyətinin qiymətləndirilməsi üçün anonim sorğu keçirilib.


Növbəti gün “Peşə etikası və etiket qaydaları” adlı mövzuya dair Mərkəzin direktoru Sevinc Cabbarovanın slaydlarla zənginləşdirilmiş çıxışı dinlənilib. Etiketin ümumi qaydaları, peşəkar davranış etiketinin ümümi müddəaları, kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi ilə əlaqədar tapşırıqlar verilib, mövzuların müzakirəsi aparılıb.
Sonra ekspert qismində Maliyyə Nazirliyinin əməkdaşları - Tural Şirəlizadənin, Rəsul Rəsulovun, Aləm Bağırovun, Bulqeyis Novruzovanın və Nurlan Hacıyevin mövzu ilə bağlı çıxışları dinlənilib. Bildirilib ki, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkar səviyyədə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə vətəndaşların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməlidir.
Sonda təlimdə fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası