» » Mühasiblər üçün təlimə yekun vurulub
 
 

Mühasiblər üçün təlimə yekun vurulub


25-27 sentyabr 2019-cu il tarixlərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Mühasibat uçotu standartları və profilaktiki nəzarət” adlı 3 günlük  təkmilləşdirici təlimə yekun vurulub.
Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarından 20 mühasibat işçisi dəvət olunub.
Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Sevinc Cabbarova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, aktuallığı və mahiyyəti barədə danışıb.
Təlimin ilk 2 günü “Hesablar planı və müxabirləşmələr”, “Maliyyə hesabatlarının hazırlanması”, “Məzuniyyət hüququnun tənzimlənməsi” adlı mövzularla bağlı Nazirliyin əməkdaşı Məmmədnağı Əkbərovun, sonuncu gün isə “Büdcədən maliyyələşən təşkilatlarda profilaktiki nəzarət” adlı mövzu ilə əlaqədar Nazirliyin digər əməkdaşı Xaqani Vəliyevin təlimləri keçirilib.
Memorial order formaları, təşkilatlarda kassa əməliyyatları üzrə sintetik uçotun aparılması, uzunmüddətli və qısamüddətli aktivlər, sosial məzuniyyətin hesablanması, məzuniyyət hüququ və onun təmin edilməsi kimi məsələlərlə əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatlar diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib.
Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və iştirakçılara sertifikatlar təqdim edilib.
         
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası