» » Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub
 
 

Maliyyə Tədris Mərkəzində növbəti təlimə yekun vurulub


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı təlim keçirilib. Oktyabrın 10-da start verilən təlimə Maliyyə Nazirliyinin tabeliyində olan qurumlarda çalışan 14 dövlət qulluqçusu cəlb olunub. 2 gün davam edən təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularını məlumatlandırmaqdır.
Təlimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarovanın müvafiq olaraq “Dövlət qulluğunda etika” və “Peşə etikası və etiket qaydaları” adlı mövzulara dair slaydlarla zənginləşdirilmiş çıxışları dinlənilib, qrup şəklində iş və müzakirələr aparılıb.
Təlimin sonunda fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası