» » İstilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin olunub
 
 

İstilik sistemi olmayan müəssisələr mal-materiallarla təmin olunub

İstilik sistemi olmayan müəssisələrin mal-materiallarla təmin olunması ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edərək bildirib ki, 2019-cu il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Maliyyə Nazirliyinin qarşısında da bir sıra vəzifələr qoyulub. Nazirliyə muxtar respublikada istilik sistemi olmayan müəssisələrə payız-qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etmək, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını nəzarətdə saxlamaq tapşırılıb.
Qeyd olunub ki, verilən tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli Sərəncamına əsasən Təhsil, Səhiyyə və Mədəniyyət nazirliklərinin təklifləri nəzərə alınaraq istilik sistemi olmayan müəssisələrdə 2019-2020-ci illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü təsdiq edilib. Müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən mal-materialların alınması üçün lazımi vəsaitin ayrılması təmin olunub.
Sonra istilik sistemi olmayan müəssisələrə mal-materiallar paylanılıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası