» » “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib
 
 

“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib

                  

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
50-dən çox məktəblinin iştirak etdiyi təlimdə məktəbin direktoru Aynur Mustafayeva və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.
Növbəti mərhələdə isə slaydlar vasitəsi ilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın çıxışı dinlənilib.Təlimin interaktiv hissəsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası