» » Naxçıvanda “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib
 
 

Naxçıvanda “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris  Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

60-dan çox məktəblinin iştirak etdiyi təlimdə məktəbin direktoru Aytən Bektaşi  və Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti və aktuallığı barədə məlumat veriblər.




“Büdcəmizi anlayaq” mövzusunda Maliyyə Nazirliyinin əməkdaşı Səkinə Qəhrəmanovanın çıxışı dinlənilib. İnteraktiv hissədə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb.
Sonra məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib. Müzakirələrdə fəallıq göstərən komandaların üzvlərinə Mərkəzin sertifikatları təqdim olunub.



  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası