» » Maliyyə Nazirliyində 2 günlük təlimə yekun vurulub
 
 

Maliyyə Nazirliyində 2 günlük təlimə yekun vurulub


Maliyyə Nazirliyində əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair təlim keçirilib. Təlimə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlardan bu sahə üzrə çalışan 20 nəfər mütəxəssis cəlb edilib.
Təlimin təşkil olunmasında məqsəd kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqidir.
Təlimi ekspert qismində Nazirliyin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Tural Əliyev keçib. Azərbaycan Respublikasının əmək qanunvericiliyi, “Dövlət qulluğu haqqına” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri, əmək müqaviləsi, işçinin əməkhaqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri, kadrlara dair tələblərin müəyyənləşdirilməsi, insan resurslarının effektiv idarə olunması, kargüzarlığın aparılması və təkmilləşdirilməsi ilə bağlı mövzular müzakirə olunub.
İştirakçılara mövzunu əhatə edən test tapşırıqları verilib və müvafiq qiymətləndirmə aparılıb. Nəticəyə uyğun olaraq müvəffəqiyyət qazanmış iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası