Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində Mühasibat uçotu ixtisasının tələbələri ilə görüşü keçirilib.
Kollecin direktoru Asəf Ruşanov “Mühasibat uçotu” ixtisasında təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün Maliyyə Nazirliyi tərəfindən lazımi köməklik göstərildiyini vurğulayıb.
Sonra Nazirliyin Xəzinə şöbəsinin müdir müavini Ülvi Cəfərovun “Büdcə təşkilatlarında xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusunda elektron materiallarla zənginləşdirilmiş məruzəsi dinlənilib. Məruzə zamanı xəzinə sistemi haqqında tələbələrə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.