» » Ali təhsil ocağında tələbələrlə növbəti görüş keçirilib
 
 

Ali təhsil ocağında tələbələrlə növbəti görüş keçirilib


“Naxçıvan” Universitetinin “Mühasibat uçotu və audit” və “Maliyyə”  ixtisası tələbələri ilə keçirilən görüş 22 noyabr 2019-cu il tarixində baş tutub.
Əvvəlcə Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə çıxış edərək keçirilən görüşlərin vacibliyini və əhəmiyyətini vurğulayıb.
Sonra “Büdcə təşkilatlarında xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusu ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Ülvi Cəfərovun məruzəsi dinlənilib. Məruzə zamanı xəzinədarlıq haqqında ümumi məlumat verilərək ilkin xəzinə sənədlərinin yoxlanılması qaydaları və xərc əməliyyatlarının aparılması mərhələləri tələbələrə ətraflı şəkildə izah olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası