» » “Büdcəmizi anlayaq” layihəsi davam edir
 
 

“Büdcəmizi anlayaq” layihəsi davam edir


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
50-dən çox məktəblinin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin mahiyyəti, məktəbli büdcəsinin səmərəli istifadəsi, qənaət, maliyyə məqsədlərin düzgün qoyulması barədə məlumat verib.
Təlimin interaktiv hissəsində xüsusi oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Sonra məktəblilərin təqdimatı dinlənilib. Bu mərhələdə 3 komanda iştirak edib. İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
Qeyd edək ki, “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası