
2020-ci ildən başlayaraq yeni büdcə təsnifatının tətbiq edilməsi ilə əlaqədar Təsnifatda 2018-ci ilin 11 oktyabr tarixində edilmiş əlavə və dəyişikliklərlə bağlı Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlimə start verilib.
Naxçıvan Şəhər Maliyyə İdarəsi tərəfindən edilən müraciətə əsasən təşkil olunan təlimə Naxçıvan şəhər yerli büdcəsindən maliyyələşən 12 təşkilatdan 12 maliyyə və mühasibatlıq işçisi cəlb olunub.
Tədbirdə Mərkəzin direktoru Sevinc Cabbarova Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə ümumi məlumat verib.
Sonra təsnifatda edilən əlavə və dəyişikliklərlə bağlı elektron vəsaitlərdən istifadə etməklə geniş və əhatəli məlumat verilib.
Ötən dövr ərzində Təsnifatda edilən əsaslı dəyişikliklərlə bağlı Mərkəz tərəfindən 125 təşkilatdan 199 mütəxəssis cəlb olunmaqla ümumilikdə 8 təlim təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti