» » Maliyyə Nazirliyinin kitabxanası zənginləşdirilir
 
 

Maliyyə Nazirliyinin kitabxanası zənginləşdirilir


Müasir dövrümüzdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Kitab və mütaliənin təbliği bu gün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi muxtar respublikamızda intellektual gələcəyin mükəmməl şəkildə formalaşdırılmasına hesablanmış mühüm bir addımdır. Siyahıda tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir.
Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının bu kitablardan faydalanmalarını asanlaşdırmaq məqsədilə Nazirliyin kitabxanasına “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitablar alınaraq kitabxana fondu zənginləşdirilmiş və əməkdaşların istifadəsinə verilmişdir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası