» » Məktəblilər üçün “Büdcəmizi anlayaq” adlı təlim keçirilib
 
 

Məktəblilər üçün “Büdcəmizi anlayaq” adlı təlim keçirilib


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim təşkil edilib.
Təlimdə 50-dən çox məktəbli iştirak edib. Məktəblilərə təlimin mahiyyəti, məktəbli büdcəsinin səmərəli istifadəsi, qənaət, maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib.
İnteraktiv hissədə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib. Bu mərhələdə 3 komanda iştirak edib. Fəallıq göstərən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası