» » Naxçıvan Dövlət Texniki Kollecində təlim keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecində təlim keçirilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Dövlət büdcəsi və fərdi büdcənin planlaşdırılması” adlı təlim keçirilib.
Təlimdə 80-dən çox tələbə iştirak edib. Kollecin direktoru Asəf Ruşanov çıxış edərək keçirilən bu təlimlərin tələbələrin müvafiq sahədə biliklərinin inkişafındakı rolundan danışıb. 
Təlimin mahiyyəti və aktuallığı barədə Mərkəzin direktoru Sevinc Cabbarova məlumat verib. 
Sonra “dövlət büdcəsi” mövzusunda hazırlanmış təlim materialı təqdim olunub. Büdcə ilə bağlı əsas anlayışlar, büdcənin mahiyyəti, dövlət büdcəsinin gəlir və xərc istiqamətləri, Azərbaycan Respublikasının Büdcə sistemi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında slaydlar vasitəsilə ətraflı məlumat verilib. 
Növbəti çıxış Kollecin tələbəsi Günel Hacıyevanın təqdimatında “fərdi büdcənin planlaşdırılması” mövzusu ilə bağlı  olub. Gəlir və xərclərin səmərəli idarə olunması üçün nəzəri və praktiki məlumatlar verilib, fərdi büdcənin düzgün idarə olunmasının əhəmiyyətindən danışılıb. Gəlir mənbələri və zəruri xərclər müəyyənləşdirilərkən reallıqların nəzərə alınması, obyektiv təhlil aparılmasının vacibliyi diqqətə çatdırılıb, bütün hallarda qənaət prinsipinin əsas götürülməsi tövsiyə olunub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası