» » “Gələcəyini planlaşdır” adlı iki günlük təlimə yekun vurulub
 
 

“Gələcəyini planlaşdır” adlı iki günlük təlimə yekun vurulub


14-15 yanvar 2020-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı iki günlük təlimə start verilib.
Təlimin əvvəlində çıxış edən Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev maliyyə savadlılığının artırılması məqsədilə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışaraq bildirib ki, təlim məşğələləri tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır. Cəbi Quliyev bu cür təlimlərin gənclər üçün gələcəkdə də keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Sonra çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin cəlb olunduğu təlim haqqında ətraflı məlumat verərək keçirilən təlimlərin istiqamətlərindən danışıb və iştirakçılara uğurlar arzulayıb.
Təlimin ümumi məqsədi fərdi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi, maliyyə məqsədlərinin müəyyən olunması üzrə bilik və bacarıqların əldə olunması olmuşdur . Pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümlülüyünün idarə edilməsi, həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırılmanın faydası, yığım metodları və bacarıqları, təcili hadisələr üçün xərclər və ehtiyat fondu haqqında elektron materiallardan istifadə edilməklə geniş məlumat verilmişdir . Təlim 2 gün davam etmiş və təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası