» » Fərdi büdcənin planlaşdırılması ilə bağlı təlim keçirilib
 
 

Fərdi büdcənin planlaşdırılması ilə bağlı təlim keçirilib


24  yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Fərdi büdcənin planlaşdırılması” adlı təlim keçirilib.
Təlim gənclərin fərdi büdcənin planlaşdırılması ilə bağlı bilik və təcrübələrinin genişləndirməsi, ümumi dünyagörüşlərinin artırılması məqsədi daşıyır.
Əvvəlcə Gənclər Fondunun əməkdaşı Arzu Qasımov çıxış edərək maliyyə savadlılığının artırılması məqsədilə təşkil edilən tədbirlərin əhəmiyyətini vurğulayıb, belə tədbirlərin gənclərin ümumi dünyagörüşlərinin artırılmasındakı rolundan danışıb.
Sonra Maliyyə Nazirliyinin əməkdaşı Xəlil Vəlizadənin təqdimatında gənclərdə büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, büdcənin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili  mövzuları ilə bağlı çıxışı olub.
Daha sonra pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması, xərclərin səmərəli idarə olunması ilə gəlirlərin artırılması, büdcəni planlaşdırmaqla əsassız borclanmanın qarşısının alınması mövzuları ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Qənbər Xudiyevin elektron materiallarla zənginləşdirilmiş çıxışı olub.
Təlimin sonunda interaktiv mərhələ keçirilib və qalib komandanın üzvlərinə Gənclər Fondunun diplomları təqdim olunub.
 
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası