» » Mütəxəssislərə “Gələcəyini planlaşdır” modulu üzrə təlimçi sertifikatı təqdim edilib
 
 

Mütəxəssislərə “Gələcəyini planlaşdır” modulu üzrə təlimçi sertifikatı təqdim edilib


28 yanvar 2020-ci il tarixində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin başa çatması münasibətilə “Duzdağ” otelinin tədbirlər zalında bağlanış mərasimi keçirilib. Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və Assosiasiyanın layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək layihənin əhəmiyyətindən, qadınların sahibkarlıq fəaliyyətindəki rolundan bəhs ediblər.
Qeyd edilib ki, muxtar respublikada qadın sahibkarlığının inkişafı ilə əlaqədar həyata keçirilən genişmiqyaslı tədbirlərin davamı olaraq ötən il ərzində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi icra olunub.
Keçirilən tədbirdə müvəffəqiyyət qazanan iştirakçılara bu layihə üzrə təlimçi sertifikatları təqdim edilib. Sertifikat alanlar arasında 24 dekabr 2019-cu il tarixində Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təlimçilər üçün təşkil etdiyi kursda iştirak etmiş mütəxəssislər də olub.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası