» » “Gələcəyini planlaşdır” adlı təlim keçirilib
 
 

“Gələcəyini planlaşdır” adlı təlim keçirilib


Təlim Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil edilib.
Təlimdə qış məktəbinə cəlb edilən 54 nəfər tələbə iştirak edib.
Təlimin ümumi məqsədi fərdi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi, maliyyə məqsədlərinin müəyyən olunması üzrə bilik və bacarıqların əldə olunmasından ibarətdır.
7 hissədən ibarət olan təlimin ilk hissəsində Maliyyə Tədris Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara pulların hərəkəti, gəlir və xərclərin təhlili, maliyyə hədəfləri və planlaşdırılmanın faydası, növbəti hissələrdə isə yığım metodları və bacarıqları, ehtiyat fondu və ağıllı borclanma haqqında elektron materiallardan istifadə edilməklə geniş məlumat verilib.
Sonra iştirakçılara hər mərhələyə uyğun tapşırıqlar verilib. Tapşırıqların cavablandırılmasında 3 komanda iştirak edib, nəticələrə uyğun olaraq qalib komandanın üzvlərinə Maliyyə Tədris Mərkəzinin hədiyyələri təqdim edilib.
 
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası