» » Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib
 
 

Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib


Təlim 20 fevral 2020-ci il tarixində Naxçıvan Dövlət Texniki Kollecinin II və III kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Gəlirlərin planlaşdırılması və modelləşdirilməsi” mövzusunda təşkil olunub.
Tədbiri Kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açaraq qeyd etmişdir ki,  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşlarının mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində keçirdikləri elmi-praktik tədbirlər müvafiq ixtisasların tələbələrinin yüksək səviyyədə hazırlığı və eləcə də, mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.
Sonra Nazirliyin əməkdaşı Roman Hüseynovun təqdimatında “Gəlirlərin planlaşdırılması və modelləşdirilməsi” mövzusu ilə bağlı təlim materialı təqdim olunub. Dövlət büdcəsinin əsas gəlirlərinin vergi və rüsumlardan təşkil olunduğu qeyd olunub. Büdcə gəlirlərinin kateqoriyaları olan dövlət vergiləri, sosial ayırmalar, qrantlar və digər gəlirlər haqqında məlumat verilərək bildirilib ki, dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir. Həmçinin gömrük və dövlət rüsumlarının növləri və təsnifatları haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti 

  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası