» » Maliyyə Nazirliyində “Statistik hesabatların icmalı” elektron sistemi ilə bağlı təlim keçirilib
 
 

Maliyyə Nazirliyində “Statistik hesabatların icmalı” elektron sistemi ilə bağlı təlim keçirilib


Təlim 12 mart 2020-ci il tarixində Maliyyə Nazirliyində Xəzinə şöbəsinin və Nazirliyin strukturuna daxil olan qurumların müvafiq əməkdaşlarının iştirakı ilə keçirilib. 1 gün müddətində təşkil olunmuş təlimə 18 əməkdaş cəlb edilib.
Təlimin keçirilməsində məqsəd işin operativliyini təmin etmək üçün Nazirlikdə yeni yaradılmış “Statistik hesabatların icmalı” elektron sisteminin iş prinsipinin təlim iştirakçılarına öyrədilməsindən ibarətdir.
Təlim müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin əməkdaşı Vüsal Məmmədov tərəfindən keçirilib. Sistemdə işləmə qaydaları, funksiyaların işə salınması, onların tətbiqi barədə məlumatlar təfərrüatlı şəkildə iştirakçıların diqqətinə çatdırılıb. Nazirliyin şöbə müdiri Vüsal Əsədov yeni yaradılmış sistemlə bağlı müvafiq tövsiyyələr verib.
Sonra iştirakçılar tərəfindən sınaq məqsədilə praktiki tapşırıqlar yerinə yetirilib. Bu məqsədlə xərc maddələrinin bölmə və köməkçi bölmə səviyyəsində sistemə işlənilməsi uğurla həyata keçirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası