» » Naxçıvanın Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütün ölkə ərazisindən ödəniş etmək imkanı yaradılıb
 
 

Naxçıvanın Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütün ölkə ərazisindən ödəniş etmək imkanı yaradılıb

Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklara məxsus ödəniş terminalları vasitəsilə vəsaitlərin ödənilməsi imkanı yaradılıb. Ölkə ərazisinin böyük əksəriyyətində quraşdırılan müvafiq terminallardan istifadə etməklə artıq vətəndaşlar asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə biləcəklər.
Xəbər verdiyimiz kimi, Fonda ödəniş edilməsi üçün terminalın əsas səhifəsindən “Naxçıvan Muxtar Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondu”u seçilir, sonra ödəyən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN-kodu müvafiq bölməyə daxil edilir və “irəli” sıxılır, növbəti ekranda mobil telefon nömrəsi daxil edilir və təkrar “irəli” sıxılır, açılan yeni ekranda ödənilməsi nəzərdə tutulan pulun daxil edilməsi gözlənilir, ödənilməsi nəzərdə tutulan vəsait terminalın pul qəbul bölməsinə yerləşdirilir, ekranda daxil edilən məbləğin görülməsindən əmin olduqdan sonra “ödə” sıxılır. Ödənişin qəbul olunmasına dair çap olunan çekdə, aidiyyəti bütün məlumatlar öz əksini tapır. Beləliklə şəxsin pasport məlumatlarına uyğun ödəniş həyata keçirilmiş olur.
Nəzərinizə çatdırırıq ki, xidmətin istifadəyə verilməsində əsas məqsəd vəsait ödənilməsi aksiyasına könüllü qoşulmaq istəyən ölkə vətəndaşlarının buna asan nail olmasıdır.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası