Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir. Dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər muxtar respublika rəhbərliyinin pandemiya ilə bağlı bütün tədbirlərini dəstəkləyir, koronavirusla mübarizəyə dair yardım kampaniyasına qoşularaq vətəndaşların rifahı naminə öz dəstəklərini nümayiş etdirirlər. Qeyd edək ki, bir aya yaxın müddət ərzində fəaliyyət göstərən fondun hesabında aprel ayının 20-də edilən 46 min 165 manat ianə ilə birlikdə 4 milyon 748 min 636 manat vəsait toplanıb.