» » Tələbələrlə videogörüş keçirilib
 
 

Tələbələrlə videogörüş keçirilib


Son zamanlar dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq tədris prosesinin məsafədən təşkil edilməsi zərurəti yaranmışdır. Buna görə də Maliyyə Nazirliyində hamiliyə verilən ixtisasların tələbələri ilə görüşlərin xüsusi platforma üzərindən onlayn qaydada, slaydlarla keçirilməsi prosesinə başlanılıb.
Bu məqsədlə 29 aprel 2020-ci il tarixində tələbələrin seminar və treninqlərdə iştirakını təmin etmək üçün  tədris planına uyğun olaraq Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə videogörüşü təşkil edilib.
Görüşdə Naxçıvan Dövlət Texniki Kollecinin mühasibat uçotu ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən bəhs edib.
Sonra Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov tərəfindən “Büdcə təşkilatlarında maliyyə hesabatlarının mühasibat uçotunun beynəlxalq standartlarına uyğun hazırlanması” mövzusunda videotəlim keçirilib.
Mühasibat uçotunda hesab anlayışı, müxabirləşmələr, büdcə təşkilatları üçün hesablar planının tətbiqi, maliyyə hesabatlarının formaları və tərtib edilməsi barədə dinləyicilərə elektron materiallarla zənginləşdirilmiş ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası