» » “Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda videotəlim keçirilib
 
 

“Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda videotəlim keçirilib


Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilib. Videotəlimdə muxtar respublikanın təhsil sahəsində fəaliyyət göstərən 14 nəfər maliyyə-mühasibat mütəxəssisi iştirak edib.
Təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında işçilərin məzuniyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq təmin edilməsindən ibarətdir.
Bu məqsədlə təşkil olunmuş tədbiri Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə danışıb.
Sonra Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı slaydlarla zənginləşdirilmiş geniş çıxışı olub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidməti


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası