3 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Maliyyə vəziyyəti haqqında hesabat" adlı videotəlim keçirilmişdir. Videotəlimdə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları da iştirak etmişdir. Maliyyə Elm-Tədris Mərkəzinin əməkdaşı Gülşən Orucova tərəfindən keçirilən təlimdə maliyyə hesabatları, maliyyə vəziyyəti haqqında hesabat", “kapitalda dəyişiklər haqqında hesabat” və digər mövzular ətrafında geniş məlumat verilmişdir. Təlimdə 15 nəfər iştirak etmişdir.