» » Şagirdlər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində videotəlim keçirilib
 
 

Şagirdlər üçün “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində videotəlim keçirilib

Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən videotəlimə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri cəlb edilib.
Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.
Təlimə 15-dən çox məktəbli cəlb edilb. Mərkəzin əməkdaşı Zəhra İsmayılova tərəfindən məktəblilərə təlimin mahiyyəti və aktuallığı barədə məlumat verilib.
Təlimin ilk hissəsində Maliyyə Tədris Mərkəzinin əməkdaşları tərəfindən qənaət vərdişlərinin formalaşması, məktəbli büdcəsinin səmərəli istifadəsi və maliyyə məqsədlərinin düzgün qoyulması barədə məlumat verilib. İnteraktiv hissədə isə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb və məktəblilərin təqdimatı dinlənilib.


  
 


maliyye2.onp.az


Bəzi başlıqlar

    Vahid Sertifikat Bazası